9 May 2015 23:10
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İstanbuldakı baş konsulluğunun istirahət mərkəzində alman nasizmi üzərində böyük Qələbənin 70-ci ildönümü münasibətilə təntənəli bayram mərasimi təşkil olunub.

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov, konsulluğumuzun kollektivi, eləcə də İstanbulda ölkəmizi təmsil edən bir sıra şəxslər də qonaqlar arasında olublar.

Qısa nitqlə mərasimi açan Rusiyanın baş konsulu Aleksey Erkov 1945-ci ildə alman faşizmi üzərində qazanılan Qələbəni dünyada sülhün və əmin-amanlığın qorunması istiqamətində mühüm amil kimi dəyərləndirərək, mərasim iştirakçılarını, o cümlədən Qələbənin qazanılmasında rolu olan hər kəsi bayram münasibətilə təbrik edib.

Mərasim geniş bədii proqramlarla davam etdirilib.


Müəllif:

Oxşar xəbərlər