Yaşlı dilənçi haqqında bunu eşidənlər şoka düşüb.
Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Misirdə məhəllə sakinləri dilənçinin adının Kamil olmasından başqa onun haqqında heç nə bilmirlərmiş. Ətrafdakılar həmişə bu yaşlı kişiyə pul və yemək veriblər.
Məhəllə sakinlərindən birinin təsadüfən bankda Kamil ilə rastlaşması həqiqəti üzə çıxarıb. Sakin onun banka dilənmək üçün gəldiyini düşünsə də, pul köçürmək üçün gəldiyini öyrənib.
Sakinlər kimi bank işçiləri də əvvəlcə, onun dilənçi olduğunu düşünüb, aralarında pul toplayıblar. Lakin sonradan onun hesabına pul köçürmək üçün gəldiyini öyrəniblər.
Bank işçilərinin kiçik araşdırmasından sonra onun hesabında 3.5 milyon Misir funtu olduğunu öyrəniblər. Bundan əlavə, dilənçinin adına iki mənzilin qeydiyyatda olduğu məlum olub. Dilənçi Kamilin yaxınlarının olub-olmadığı bilinmir.