18 May 2015 08:15
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dilmanc” layihəsi riyaziyyat sahəsində elmi tədqiqatçıları və proqramçıları işə dəvət edir.

Layihə qrupundan Teleqraf.com-a verilən məlumata görə, mütəxəssislər intellektual axtarış alqoritmləri, şifahi sorğuların avtomatik cavablandırılması və qurğuların səslə idarə olunmasında, habelə nitqin başqa nitqə avtomatik tərcüməsi və digər sistemlərin yaradılmasında iştirak edəcəklər.

Layihənin elmi tədqiqat qrupu proqramçılarla sıx əlaqədə işləyir. Elmi yeniliklərin praktik məhsula çevrilməsi üçün paylanmış hesablama sistemlərindən (Hadoop və MapReduce), çoxnüvəli qrafik prosessorlardan və digər müasir proqramlaşdırma üsullarından istifadə olunur.


Müəllif:

Oxşar xəbərlər