Bu il Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalında artım gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda keçirilən ümumrespublika tarla müşavirəsində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə müsahibəsində bildirib.
İ.Quliyev deyib ki, bu, kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Nazir müavininin sözlərinə görə, aqrar sahənin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən imzalanan sərəncamlar, əkin sahələrinin becərilməsi üçün istehsalçılara verilən subsidiyalar, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə və texnika ilə təmin olunması kənd təsərrüfatı sahəsinə marağın artmasına səbəb olub.