1 İyun 2015 10:48
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 19-da Yevlax şəhərində Yevlax, Bərdə, Tərtər, Ağdam, Xocalıdan olan vətəndaşlarla görüşəcək.

Teleqraf.com xəbər verir ki, görüşdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların rəy, təklif və iradları dinləniləcək.

Qeyd edək ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər