1 İyun 2015 12:23
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“May ayı ərzində Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması prosesində uğur qazanan 68 gənc uyğun vəzifələrə təyin olunub”.

Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev vakant dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə yeni qəbul olunan dövlət qulluqçuları ilə görüşündə bildirib. O qeyd edib ki, “Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət qulluqçularının hüquqi statusunu müəyyən etmək, onların sosial müdafiəsini gücləndirməklə yanaşı, bu şəxslərə qarşı tələbkarlığı da xeyli artırıb, onların xalqa və dövlətə daha yaxşı xidmət etməsinə, dövlət qulluğunun müasir dövrə uyğun meyarlarının formalaşmasına təkan verib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb”

Elman Mehdiyev işə yeni qəbul olunan gəncləri təbrik edərək, onlara öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Dövlət qulluğuna müsabiqə yolu ilə yeni qəbul olunan gənclər öz çıxışlarında qəbul prosessinin şəffaf, obyektiv və ədalətli keçirilməsindən məmnunluqlarını ifadə ediblər və bilik və bacarıqlarının üzə çıxarılması üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə səmimi təşəkkürlərini bildiriblər. Gənclər onlara göstərilən bu yüksək etimadı öz əməli işləri ilə doğruldacaqlarına söz veriblər.

Tədbirin davamında “Azərbaycan Respublikasının sığorta-pensiya sistemi: inkişafın yeni mərhələsi” və “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzularında təqdimatlar keçirilib. Sonda iştirakçılarda maraq doğuran suallarla bağlı müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif: