23 May 2014 17:07
3 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 7 saylı internat məktəbinin xəsarət alan 7 yaşlı Nahid Cavadovun döyülərək, yaxud yıxılaraq xəsarət alması barədə hazırda Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi komissiya araşdırmalarını davam etdirir. Komissiya işini başa çatdırdıqdan sonra bu barədə mətbuata məlumat veriləcək”.

Təhsil Nazirliyinin QHT-lərlə və KİV-lə iş üzrə sektorunun müdiri Cəsarət Valehov Teleqraf.com-a belə deyib.

Qeyd edək ki, açıqlama və məlumatlarda məktəbin direktorunun müxtəlif ad-soyadla göstərilməsi oxucularda çaşqınlıq yaradır. İnternata Afaqət Əsgərova, yoxsa Qabilə Bağırovanın rəhbərlik elədiyini aydınlaşdırmaq üçün Teleqraf.com kiçik araşdırma aparıb.

Təhsil Nazirliyinin edu.gov.az saytında Dövlət Proqramının əhatə etdiyi dövlət uşaq müəssisələri siyahısında məktəbin adı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi, direktor isə Qabilə Bağırova kimi qeyd edilib.

Suraxanı rayon icra hakimiyyətinin saytında məktəbin adı 7 saylı internat məktəbi, direktorun adı isə Afaqət Əsgərova kimi qeyd edilib. Suraxanı İH-dən də bu ad-soyad təsdiqləndi.


Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov 7 saylı internat məktəbi direktorunun adının dəqiqləşdirilməsi ilə bağlı sualı belə cavablayıb: “Çox güman ki, məktəbin direktorunun adı Afaqət Əsgərovadır”.

NİGAR


Müəllif: