8 İyun 2015 16:07
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitut (URAP) 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısını açıqlayıb.

Bakı Dövlət Universiteti Mətbuat və informasiya şöbəsindən Teleqraf.com-a daxil olan məlumata görə, BDU Azərbaycan universitetləri üzrə I sırada, dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşıb.

Beynəlxalq URAP reytinqi Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilərək, 2009-cu ildən təşkil olunur.

URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

SEVİL


Müəllif: