"Bu, çox mürəkkəb sualdır"
Budəfəki sorğumuzda respondetlərdən biri xeyli çətinlik çəkdi və sonda cavabını müəyyən edə bilmədi. Onu hardasa anlamaq olar. Axı, söhbət qadınlardan gedir.
Bildiyimiz kimi, ölkəmizdə keçirilən möhtəşəm Avropa Oyunlarının alovuna çoxlu sayda əcnəbilər toplaşıb. Bizim çəkiliş heyəti isə onlara şablon suallar verməkdən qaçıb, bir az qadınlar barədə söhbət etməyə çalışdı.
Fransız yazıçı, maarifçi filosof Şarl Lui Monteskyö zamanında qadınlarla bağlı bu fikirləri söyləyib:
"Qadının gözəl olması üçün cəmi bir, cəlbedici olması üçün isə minlərlə şansı var".
Görəsən, Azərbaycan qadınları bu şanslardan yararlana bilirlərmi? Onları ilk dəfə görən insanlarda hansı təəssüratlar oyanır?
Bunu öyrənmək üçün Bakı şəhərinin bu dəfə yalnız qonaqlarına "Azərbaycan qızları ilə sizin ölkənin xanımları arasında hansı fərqlər var?" sualını verdik.
Beləliklə, sorğusunu təqdim edirik: