25 İyun 2015 00:10
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ – Ümumi kosmik mənzərə səhhətinizlə bağlı diqqətli olmağı tövsiyə edir. Belə ki, qara ciyərinizlə bağlı problemləriniz mümkündür. Fəaliyyət istiqamətində isə çətinliyiniz gözlənilmir.


BUĞA - Sağlıq durumunuzu nəzarətdə saxlayın. Orqanizminizi gümrahlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Bunun üçün ən rahat yol pəhriz saxlamaqdır. Maddi sıxıntılarınız azalmaqdadır.

ƏKİZLƏR - İş yerində mübahisələriniz gözlənilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakətli olun. İndiki məqamda belə şeylər yaramaz. Büdcənizi sağa-sola səpməyin.

XƏRÇƏNG - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözümlü aparın ki, sövdələşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməyin. Sadə olun.

ŞİR - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas gücünüzü istirahətə yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsləhət görülmür.

QIZ - Hər mənada səmərəli təqvimdir. Bir tərəfdən perspektivli görüşlər, digər tərəfdənsə sevindirici xəbərlər ovqatınızı xeyli yüksəldəcək. Axşam dostlarınızla birgə gəzintiyə çıxın.

TƏRƏZİ – Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdıra biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var. Özünüzə təzə bir şey alın.

ƏQRƏB - İşgüzar sövdələşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyirli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.

OXATAN - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, maraqlı gəzintilər sizə fərəh gətirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.

OĞLAQ - Bu gözəl təqvimdə mistikaya uymamaq lazımdır. İş barədə düşünməyin, qonaq gedin. Bu gün enerjinizin çoxluğu qarşınızda duran bəzi maneələrin aradan qalxmasına təkan verəcək. Təki səbrli olasınız.

SUTÖKƏN - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünki ulduzların düzümü qarşıdakı həftədə bu istiqamətdə sevinəcəyinizi bildirir. İkitərəfli əməkdaşlıqdan imtina etməyin.

BALIQLAR - Səhhətinizlə bağlı bəzi xoşagəlməzlikləri nəzərə almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vura bilərsiniz. Mübahisələrdən uzaq olun. Axşama yaxın önəmli xəbər eşidəcəksiniz.


Müəllif:

Oxşar xəbərlər