29 İyun 2015 19:43
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də növbəti imtahanlar keçirir. TQDK-dan Teleqraf.com-a verilən xəbərə görə, bu imtahanlar ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı.

Hər iki imtahanda iştirak etmək üçün 16150 abituriyent müraciət edib.

Məlumatda bildirilir ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmayan, amma müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilən şagirdlər, əvvəlki illərdə keçirilən buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanı olacaq.
İmtahanda 1142 nəfər IX sinif şagirdinin, 3510 XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
Digər imtahan isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanıdır ki, bu imtahanda iştirak etmək üçün 12941 abituriyent qeydiyyatdan keçib.

Qeyd olunan imtahanlar bütövlükdə Respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunacaq və bütün binalarda eyni vaxta - saat 10:00-da başlanacaq .
İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742 nəzarətçi-müəllim ayrılıb.

Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 25-dən etibarən çap edib götürə bilirlər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər