21 İyul 2015 06:25
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığında deyilir: "Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"


Müəllif:

Oxşar xəbərlər