Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aksiya zamanı 150 nəfərdən çox könüllü olaraq qan verib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Bildirilib ki, Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.
Naibə QURBANOVA