3 İyun 2014 11:52
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il mayın 25-dən 30-dək Azərbaycanın 5 dövlət orqanını təmsil edən 10 nəfərdən ibarət nümayəndə heyəti Türkiyəyə səfər edib.

Teleqraf.com-un məlumatına görə, səfər Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 90 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “2008-ci il iyunun 3-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu”na və ona dair imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”na uyğun olaraq idarəçiliyin təkmilləşdirilməsi, dövlət qulluğu sahəsində dəstək və təcrübə mübadiləsinin aparılması məqsədi ilə həyata keçirilib.

Səfərdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Aparatının Kadr və kadr hazırlığı şöbəsinin müdir müavini Nigar Vahabzadə və əmək pensiyaları şöbəsinin müdir müavini Dürdanə Müslümova iştirak ediblər. Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları da təmsil olunub.

Tədbir çərçivəsində Azərbaycanın dövlət qulluqçuları üçün Türkiyənin təcrübəsini özündə əks etdirən “Dövlət Kadrlar İdarəsinin təşkilati quruluşu, vəzifə və səlahiyyətləri” və “Türkiyədə dövlət qulluğu sistemi” mövzularında təqdimatlar keçirilib.

Naibə


Müəllif: