31 Oktyabr 2015 13:47
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim üçün Rusiyada olmaq hər zaman xoşdur”.

Teleqraf.com-un məlumatına görə, bunu Moskvada keçirilən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu çərçivəsində jurnalistlərə açıqlamasında təşkilatın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

Leyla Əliyevanın sözlərinə görə, Rusiyada çoxlu sayda azərbaycanlı, o cümlədən azərbaycanlı gənc yaşayır: "Bu tədbir bu gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək üçün keçirilir".

RAGB-nin sədri forumda təhsil və ekologiya məsələlərinin müzakirə olunacağını söyləyib: "Ekologiya bizim üçün çox vacibdir. Rusiya da bizim ölkəmiz kimi ətraf mühitin qorunmasına xüsusi diqqət ayırır. Bu istiqamətdə Rusiya ilə daha sıx əməkdaşlıq etmək istəyirik. Bundan başqa, Forumda gəncləri maraqlandıran idman, mədəniyyət və digər məsələlərə də toxunulacaq".

Leyla Əliyeva qeyd edib ki, Rusiyada istedadlı azərbaycanlı gənclərin sayı getdikcə artır: "Bu gün RAGB-nin Rusiyanın 70-dən çox regionunda bölmələri fəaliyyət göstərir. Əlbəttə, çox xoşdur ki, gənclərin özü böyük ruh yüksəkliyi nümayiş etdirir".


Müəllif:

Oxşar xəbərlər