30 Dekabr 2015 16:41
2 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Xəzər Televiziya və Radio Yayımları” MMC-nin (“Xəzər” TV) “Bakı Ağ Şəhər” kompleksində inşa edilmiş yeni binasının açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının (PA) şöbə müdiri Əli Həsənov, Milli Televiziya və Radio Yayımları Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, aparıcı KİV rəhbərləri və bir qrup millət vəkili iştirak edib.


Qeyd olunub ki, “Xəzər” televiziyasının Xətai rayonunda yerləşən inzibati binasında ümumilikdə 265 otaq mövcuddur. Binada sahəsi 1000 kvadratmetr olan böyük şou studiyası, 3 efir studiyası, 2 avtodayanacaq, Xəzər-Media Təlim Mərkəzi, jurnalistlərin övladları üçün uşaq bağçası, tibb otağı var.

Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, televiziya biznes sahəsi deyil, bu sahənin adamları bunu hər zaman nəzərə almalıdır.

Ə.Həsənov deyib ki, Xəzər TV-nin yeni inzibati binası müasir televiziyanın bütün tələblərinə cavab verir: “Son 20 ildə Bakıya gözəllik verən binaların memarı cənab Prezident İlham Əliyevdir. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin nəticəsidir. Televiziya ailə tərbiyəmizə, davranışlarımıza üstünlük gətirməlidir. Çünki televiziya biznes sahəsi deyil, televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar. Televiziyalar ən nümunəvi ziyalını, məmuru ekrana çıxarmalıdır ki, xalqımızı doğru yola istiqamətləndirsin, informasiya ehtiyaclarını ödəsin”.

Prezidentin köməkçisi Azərbaycanda milli dəyərlərin, ənələrin bərqərar olduğunu da söyləyib: “Televiziyanın borcu bu ənənələri saflaşdırmaq və yaşamasını təmin etməkdir”.


Müəllif:

Oxşar xəbərlər