4 Yanvar 2016 01:53
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın xalq şairi Fazu Əliyeva ömrünün 84-cü baharında vəfat edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Fazu Əliyeva 1932-ci ildə Dağıstan Respublikasının Xunzax rayonunun Giniçutl kəndində anadan olub. 1961-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Doğma avar və rus dillərində çoxlu sayda poema və şeirlər yazıb.

Səksəndən çox kitabı çapdan çıxmış Fazu Əliyevanın əsərləri dünyanın 68 dilinə tərcümə olunub. Postsovet dövründə 4 dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş şair uzun müddət “Dağıstan qadını” jurnalının baş redaktoru olub.


Müəllif: