4 Yanvar 2016 19:39
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə Cavad xanın anım mərasimi keçirilib.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayev Cavad xanın keçdiyi həyat yolundan danışıb, onun Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib.

AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev və digər çıxış edənlər Cavad xanın şücaətindən söz açıblar. Məqbərəsi önünə toplaşan şəhər sakinləri Cavad xanın məzarına gül qoyaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Cavad xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri hesab edilir. 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan general Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.


Müəllif: