7 Yanvar 2016 13:13
37 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan tarixinin qadağan edilmiş tarixçəsi barədə unikal film hazırlanıb.

Teleqraf.com xəbər verir ki, film "AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi ilə ATV telekanalın birgə istehsalıdır.

Filmdə Rusiya və erməni siyasətçilərinin, alimlərin fikirləri, həmçinin ilk dəfə Rusiyanın, Türkiyənin və Gürcüstanın arxivlərindən Azərbaycanın tarixi ilə bağlı nadir sənədlər geniş tamaşaçı kütləsi üçün təqdim edilib.

Film Qafqazın tarixiylə və Azərbaycan-Ermənistan münaqişəsinin səbəbləriylə maraqlanan tamaşaçılar üçün yaxşı maddi dərslik olacaq. Filmin müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovdur.

Filmin elmi məsləhətçisi isə "AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO kafedrası şöbəsinin dosenti, tarixçi Rizvan Hüseynovdur.



Müəllif: