10 Yanvar 2016 20:58
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk və İslam dünyasının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin məqbərəsinin yerləşdiyi Mövlanə muzeyi 2015-ci ildə 2 milyon 581 mindən çox yerli və xarici turisti qəbul etməklə ziyarətçi rekorduna imza atıb.

Konyada yerləşən bu muzey Türkiyə daxilində ən çox ziyarətçi qəbul edən müqəddəs məkanlardandır. Ziyarətçi sıxlığının hər il artdığı bu muzeyi 2014-ci ildə 2 milyon 109 mindən çox insan ziyarət etmişdir.

Konya Muzeylər Müdiri Yusif Mənbaşlı bildirib ki, baş nazir Əhməd Davudoğlunun təşəbbüsü ilə 2014-cü ilin dekabrın 7-dən etibarən muzeyə giriş pulsuz olub.


Müəllif: