Ötən ilin oktyabrın 15-dən əsaslı təmirə dayandırılan "Nizami" metrostansiyasındakı 1 saylı eskalator sabahdan sərnişinlərin istifadəsində olacaq.
Bu barədə Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, sözügedən eskalator 2015-ci ilin təmir planına uyğun olaraq təmirə dayanmışdı. Bakı metropolitenində tətbiq edilən təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.
Naibə QURBANOVA