Hazırda Almaniyada yaşayan və miqrasiya məsələləri üzrə mütəxəssis olan Əlövsət Əliyev müğənni Yaqub Zurufçuya qulaq asmağa, onun konsertlərində iştirak etməyə qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, Əlövsət Əliyev Avropada yaşayan azərbaycanlılara məsləhət görüb ki, bu şəxsin konsertini boykot etsinlər: “Yaqub Zurufçunu gənclik illərimdə cox sevmişəm. Onun səsini nə zamansa, cənubla şimal arasındakı həsrətə məlhəm kimi qəbul etmişəm. Bir müddət əvvəl onun “Byra Kurdustan” mahnısını dinlədim. O həmin mahnını Azərbaycanın dilində və Azərbaycan ərazilərinin də daxil olduğu “Böyük Kürdüstan” xəritəsinin önündə oxuyub. Bu gün məlumat aldım ki, onun Almaniyanın 3 şəhərində, o cümlədən Köln şəhərlərində konserti olacaq. Azərbaycanın düşməni, bizə dost ola bilməz. Azərbaycanı sevənlər Yaqub Zurufçunun konsertinə də yox deməlidir!”.
Cavad