4 Aprel 2016 13:41
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gənclərimizi, vətəndaşlarımızı düşmən tərəfindən aparılan informasiya müharibəsinə şiddətli cavab verməyə çağırır.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq! Mən nə edə bilərəm deyirsinizsə:

1. Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin;

2. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin;

3. Facebook və Twitter sosial şəbəkələrində paylaşın;

4. Azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin.

Diqqət!

1. Məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin.

2. Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər