"BakuBus" MMC mayın 9-10-da sınaq rejimində 9 nömrəli avtobus marşrut xəttini buraxır.
Bunu Trend-ə şənbə günü Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, ilk iki sinaq günündə 8 avtobus xəttə buraxılacaq, üçüncü gündə artıq normal rejimdə işə başlayacaq.
Avtobusların gediş istiqaməti belə olacaq: Təkrar Metal Zavodu (Çermet) - Keşlə bazarı - N. Nərimanov m/s - Gənclik m/s - Tibb Universiteti - Heydər Əliyev Sarayı - Sahil metrosu - Azneft meydanı - Səbayıl meydanı - Su İdman Mərkəzi.
Nuridə Allahyarovanın sözlərinə görə, qayıdış istiqaməti isə belə olacaq: Su İdman Mərkəzi - Səbayıl meydanı - Azneft meydanı - Mərkəzi Bank - Koroğlu parkı - Gənclik m/s - N. Nərimanov m/s - Keşlə bazarı - Təkrar Metal Zavodu (Çermet).