“Görəsən, Azərbaycandakı kimi dünyanın başqa ölkələrində də körpələr üzərində belə təcrübələr həyata keçirirlər? Bu nədir, ay səhiyyə işçiləri, 5 peyvəndi birləşdirib, camaatın balalarına vurmağa icazə verirsiniz. Bunu öz balalarınıza, körpələrinizə, nəvələrinizə qıyarsınız? Əlbəttə ki, yox!”
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə teleaparıcı Aytən Səfərova səhiyyə işçilərindən şikayətlənərkən yazıb: “Bəs, camaatın balalarına bir dəfəyə 5 təhlükəli xəstəliyin daşıyıcıları olan peyvəndi niyə vurdurursunuz? Bunlar düşmən yox, Azərbaycan balalarıdır. Niyə sadə millətin balalarını sevmirsiniz? Allahdan qorxmursunuz?”.
Rəqsanə