Xocahəsən avtomobil yolunda aparılan asfalt-beton örtüyünün dağılmış hissələrinin təmiri ilə əlaqədar bu gündən etibarən bir-neçə gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə Teleqraf.com-a "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.
Bildirilir ki, sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyyə olunur.