11 İyun 2016 13:24
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan Cəmaləddin Əliyev evində güllələnib. Ona qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində odlu silahdan atəş açaraq xəsarət yetirib.

Cəmaləddin Əliyev xəstəxanaya yerləşdirilib.

Elçin Qənbərov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.

Qaradağ rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatı məlum olub. Cəmaləddin Əliyevi güllələyən onun bacısının keçmiş həyat yoldaşı Elçin Qənbərov olub.

Elçin Qənbərovun həyat yoldaşı bir neçə ay əvvəl ər evindən ayrılıb və atasının evində yaşayıb. Ər-arvadın arasında boşanma ilə bağlı məhkəmə iddiası da olub.

Elçin Qənbərov həyat yoldaşı ilə barışmaq məqsədilə qayınatasının evinə gəlib. O, əvvəlki illərdə qaynı və digər şəxslərlə mübahisəsi olduğu üçün əli silahlı gəlib.

Bu zaman qohumlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Elçin Qənbərov qaynı Cəmaləddini güllələyib. Hazırda Cəmaləddin Əliyev xəstəxanada müalicə alır.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər