16 İyun 2016 11:48
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, ev 161 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Zahir Məmmədov yaşadığı evdə özünü asaraq öldürüb. Zahir Məmmədovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər