Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində Elman Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrında Gəncədən 8 kiloqram narkotik maddəni sərnişin avtobusu ilə Bakıya gətirən Elman Mirzəyev Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elman Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov