23 İyun 2016 17:56
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Abuzər Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Abuzər Cəfərov məhkəmədəki ifadəsində heç kimə qarşı dələduzluq etməyib. Bir jurnalist kimi vətəndaşlara “humanitar yardım” edib.

Jurnalist Abuzər Cəfərov keçən il Şamaxıda tutulub. Onun barəsində 7-8 nəfər şikayət edib. Abuzər Cəfərov həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. O, bundan qabaq da məhbusluq həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər