Salyanda “Mercedes” və “Kamaz” qəzaya uğrayıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Qızılağac kəndi ərazisində “Mercedes” və “Kamaz” markalı yük avtomobillərinin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Muğan Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 02:30-da başa çatıb.