Bakıda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları yanıb, yüksək temperaturdan mətbəx və eyvanın lambirdən ibarət tavanı 8 kv.m sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.