Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Bakı prospektində qeydə alınıb.
Kürdəmir rayonun Qarasaqqallı kənd sakini, 1989-cu il təvəllüdlü Fəqan Valeh oğlu Əmrahovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən, həmin rayonun Xırdapay kənd sakini, 1983-ci il təvəllüdlü Raqif Ədalət oğlu Hüseynovun idarə etdiyi “Muravey” markalı motosiklet ilə toqquşub.
Nəticədə, motosikletin sürücüsü R. Hüseynov müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb "Muravey"in sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
/APA/