Kürdəmir rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Mətləb Nizamov atası, 1955-ci il təvəllüdlü Əflatun Nizamovla mübahisə edib.
Mübahisə zamanı Mətləb Nizamov atasını bıçaqlayaraq öldürüb. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov