Bakının Binəqədi rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə iyunun 28-də M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, azyaşlı İmran Quliyev yaşadığı evin 3-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov