Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əxlaqsızlıq yuvalarının aşkarlanması ilə bağlı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə qadınları kişi müştəriləri ilə görüşdürdüyü məlum olub.
Həmçinin Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində əxlaqsızlıq yuvaları təşkil etdikləri müəyyən edilib.
Hər iki faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov