2 İyul 2016 14:43
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ülvi Zeynalov yaşadığı evdə həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əfsanə Zeynalovanı bıçaqlayıb.

Əfsanə Zeynalova dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Ülvi Zeynalov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Hadisədən əvvəl Ülvi Zeynalov həyat yoldaşını “WhatsApp”da başqa oğlanla danışdığını görüb. Elə cinayəti də bunun üstündə törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər