3 İyul 2016 11:12
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Şəmkir şəhər sakini 1984-cü il təvəllüdlü Vüsal Akif oğlu Mustafayev sağ budun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

V.Mustafayevə dərhal tibbi yardım göstərilib. Çox qan itirən gəncin vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə köçürülüb. V. Mustafayevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: