Bakının Yasamal rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonunun M.Muxtarov küçəsində qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan Ukrayna vətəndaşı Andrey Lisyukun evindən naməlum şəraitdə 5000 dollar oğurlanıb.Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Lamiyə Əliyeva tutulub.
Məlumata görə, Lamiyə Əliyeva həmin evdə xidmətçi işləyirmiş. Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov