Gəncə şəhərində ötən il qətl törədən şəxs məsuliyyətə cəlb olunub.
Teleqraf.com xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Firdovsi Mustafayev Rusiya Federasiyasında tutulub.
Onun ekstradisiyası üçün tədbirlər görülür.
Hacı Zeynalov