Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Qusar rayon sakini Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Anar Məhərrəmov ötən il dekabrın 17-də rayon sakini Rizvan Əfəndiyevə məxsus evə basqın edib. O, ev sahibinin oğlu Abdulheyə zor tətbiq edib və oradan 720 manat və qızıl əşyalar aparıb.
Anar Məhərrəmov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Anar Məhərrəmov 8 il azadlıqdan məhrum edilib.
Hacı Zeynalov