Biləsuvar şəhərində silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Xəqani Xanhüseynov atası, 1940-cı il təvəllüdlü Qərib Xanhüseynovu odlu silahdan açdığı atəş nəticəsində güllələyib.
Qərib Xanhüseynov xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Hadisəni törədən Qərib Xanhüseynov həbs edilib.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov