Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Rüstəm Rüstəmov küçəsi 8 ünvanında qeydə alınıb.
Həmin ünvanda əvvəllər uşaq bağçası kimi fəaliyyət göstərmiş tikilinin 2-ci mərtəbəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Faiq Zeynalov özünü asaraq ölüb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov