23 İyul 2016 13:40
2 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan meyiti evində tapılıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.

Hacı Zeynalov


Müəllif: