25 İyun 2014 11:31
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda meyit tapılıb.

Nizami rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, meyit Bəhruz Nuriyev küçəsindəki zibillikdə aşkar olunub.

Məlumata görə, meyiti görən ərazidə olan vətəndaşlar polisə məlumat veriblər. Dərhal hadisə yerinə rayon polis idarəsinin əməkdaşları gəlib. Ilkin araşdırma zamanı meyitin 80-85 yaşlı qadına məxsus olması müəyyən olunub.

Meyit sellofana bükülmüş vəziyyətdə tapılıb. Meyitin üzərində şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb. Buna görə də meyitin kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: