1 Avqust 2016 12:54
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Xırdalan sakini, 2010-cu il təvəllüdlü Ramilə Abdulxalıqova döyülərək qətlə yetirilib.

Məlumata görə, azyaşlının anası Samirə Narıyeva Abşeron rayon Polis İdarəsinə müraciət edərək, qızının meyitini küçədən tapdığını bildirib.

İlkin məlumatda azyaşlını avtomobillə vurulduğu ehtimal eduilsə də, sonradan aparılan araşdırma zamanı onun döyülərək öldürüldüyü məlum olub. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Bu, əvvəllər məhkum olunmuş Elnur Hacıyevdir. O, həbs edilib.

Elnur Hacıyev Ramilə Abdulxalıqpvanı döyərək öldürdüyünü etiraf edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər