Gömrükçülər “beşbarmağ”ın ölkəyə gətirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Praqa-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından bir ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.