3 Avqust 2016 15:15
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində İraq Şam İslam Ordusu (İŞİD) terror təşkilatının Suriya ərazisində olan qanunsuz silahlı birləşmələrində iştirakda ittiham olunan 1988-ci il təvəllüdlü İsmayıllı rayon sakini Telman Bəkirov və 1990-cı il təvəllüdlü Masallı rayon sakini Mübariz Tahirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı avqustun 10-na təyin olunub.

Xatıdladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərin hər birini 14 il müddətə azadlıqdan məhrum edib. Onlar məhkəmənin hökmü ilə razılaşmayıblar və barələrində bəraət hökmünün çıxarılması üçün apelyasiya şikayəti veriblər.

Telman Bəkirov və Mübariz Tağıyev 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər