4 Avqust 2016 13:10
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində 6 yaşlı övladını öldürən ana cinayət məsuliyyətinə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da 6 yaşlı Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Yarıyeva da tutulub.

Qeyd edək ki, Xırdalan sakini, 2010-cu il təvəllüdlü Ramilə Abdulxalıqova döyülərək qətlə yetirilib. Məlumata görə, azyaşlının anası Samirə Narıyeva Abşeron rayon Polis İdarəsinə müraciət edərək qızının meyitini küçədən tapdığını bildirib.

İlkin məlumatda azyaşlının avtomobillə vurulduğu ehtimal edilsə də, sonradan aparılan araşdırma zamanı onun döyülərək öldürüldüyü məlum olub. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Bu, əvvəllər məhkum olunmuş Elnur Hacıyevdir. O, həbs edilib.

Elnur Hacıyev Ramilə Abdulxalıqovanı döyərək öldürdüyünü etiraf edib. Bildirilir ki, Elnur Hacıyev ilə Samirə Yarıyeva sevgili olub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər