5 Avqust 2016 10:32
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gödəkli kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyev qətlə yetirilib. Onun üzərində zorakılıq əlamətləri olan meyiti kənd yolunun kənarında aşkarlanıb.

Hadisənin kimin tərəfindən törədilməsi hələlik məlum deyil. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər